8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa ən layiqli namizəd – Azay Quliyev

0
azay-quliyev

Azərbaycanda fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində deputatlığa namizədlərin seçicilərlə görüşləri davam edir.

Deputatlığa namizədliyini irəli sürmüş layiqli namizədlərdən biri kimi heç şübhəsiz 8 saylı Binəqədi birinci seçki dairəsindən “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupunun deputatlığa namizədi, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyevdir.

Azay Quliyevin 1000-dən çox seçicisi seçki qərargahının üzvü və könüllüləri kimi seçkilərin təbliğat və təşviqat mərhələsinə fəal şəkildə qoşulub. 

Azay Quliyev istər qanunverici orqanda, istər vətəndaş cəmiyyəti sektorunda, istərsə də ATƏT-dəki peşəkar fəaliyyəti, bilik və bacarığı ilə seçilən, yüksək mənəviyyata malik, dövlətinə, millətinə və prezidentinə sadiq bir şəxsdir.

Uzun illərdir onun deputat seçildiyi ərazinin sakini olaraq müşahidələrimə əsasən əminliklə deyə bilərəm ki, A. Quliyev deputat kimi səmərəli və işgüzar fəaliyyəti ilə seçicilərinin rəğbətini qazanıb.

azay-quliyev

O, Milli Məclisdə fəaliyyəti dövründə seçicilərini layaqətlə təmsil edib. Mütəmadi olaraq seçicilərlə görüşlər keçirib, onların qaldırdıqları məsələləri parlament tribunasından səsləndirib, eləcə də aidiyyati dövlət qurumlarına ünvanlayıb.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Davos Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda interaktiv iclasda çıxışı zamanı parlament seçkiləri ilə bağlı önəmli açıqlamalar verib.

azay-quliyev

Prezident deyib: “2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələri üzrə formalaşdırılacaq Azərbaycan parlamentinin yeni tərkibi ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların mühüm hissəsi olacaq. Gələn ay əhalinin etibar etdiyi adamları seçmələrini təmin etmək üçün erkən parlament seçkiləri keçirəcəyik. Seçkilərdən sonra parlament islahatların çox vacib bir hissəsi olacaq”.

Parlamentdə millət vəkili olduğu illərdə daim ona səs vermiş seçicilərin etimadını doğruldan Azay Quliyevin Azərbaycan parlamentinin yeni tərkibində təmsil olunmağa tam haqqı çatır.

azay-quliyev

 Təkcə seçiciləri yox, eyni zamanda Azərbaycan ictimaiyyəti Azay Quliyevi hamı yerli və beynəlxalq platformalarda çoxşaxəli fəaliyyəti, yüksək bilik və bacarığı, dürüstlüyü, təmiz reputasiyası ilə tanıyır.

O hazırda türk-islam dünyasından yeganə şəxsdir ki, ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilməyə nail olub.

 Azay müəllim 2022-ci ilə kimi bu mühüm vəzifəni daşımaqla ATƏT-də Azərbaycanın milli maraqlarını qorumaqda davam edəcək.

azay-quliyev

 “İslahatlara dəstək” seçicilərin təşəbbüs qrupu elan olunduğu gündən Azay Quliyevin seçki qərargahı böyük mütəşəkkilliklə fəaliyyətə başlayıb. Seçki qərargahına üzv olmaq üçün nüfuzlu ziyalılar, fəal gənclər, bütün kateqoriyalardan olan seçicilər müraciətlər ediblər.

8 saylı Binəqədi birinci seçki dairəsinin 47 mindən artıq seçicisi var. Seçki qərargahından verilən məlumata görə, fevralın 7-dək aparılacaq təbliğat-təşviqat kampaniyası çərçivəsində istisnasız olaraq seçki dairəsinin dislokasiyasına aid olan bütün məhəllələrdə görüşlər keçiriləcək. Bütün evlərə Azay Quliyevin seçki bukleti çatdırılacaq.

azay-quliyev

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev seçiciləri arasında maneəsiz, operativ və şəffaf əlaqənin qurulması, seçicilərin problemlərinin effektiv həlli, həmçinin qanunvericiliklə bağlı təkliflərin irəli sürülməsi prosesini asanlaşdırmaq məqsədilə indiyə kimi tətbiq etdiyi elektron xidməti daha da təkmilləşdirərək seçicilərlə yeni kommunikasiya modeli olan “Seçicinin elektron kabineti” xidmətini təqdim edib.

 Seçki qərargahından verilən məlumata görə, bütün bu yeniliklərlə yanaşı, Azay Quliyev həmişə olduğu kimi mütəmadi əsasda seçicilərlə canlı görüşlər keçirəcək, onları narahat edən məsələlərlə yerində tanış olacaq, seçicilərin qəbul zamanı verdikləri ərizə və şikayətlər elektron bazaya daxil ediləcək. Qaldırılan məsələlərin icrası ilə bağlı atılan addımların ardıcıllığı seçicilər tərəfindən vahid bazada onlayn qaydada müşahidə ediləcək.

azay-quliyev

Elektron kabineti yaratmaq üçün 8 saylı Binəqədi birinci seçki dairəsindən olan seçicilər azayguliyev.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

  Azərbaycanda formalaşmış seçki ənənəsi mövcuddur. Seçkilərin demokratik prinsiplərə və dünya standartlarına uyğun keçirilməsi üçün lazımi addımlar atılıb.

 İnanırıq ki, 8 saylı Binəqədi birinci seçki dairəsindən olan seçicilər layiqli namizədə – Azay Quliyevə səs verəcəklər.

Sonda Bineqedi.info saytı olaraq 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyevin seçicilərə müraciətini təqdim edirik:

Əziz seçicim!

Dörd il әvvәl Siz böyük etimad göstәrәrәk mәni 8 saylı Binәqәdi birinci Seçki Dairәsindәn Milli Mәclisә deputat seçdiniz. Bu müddәt әrzindә mәnә göstәrdiyiniz yüksәk etimada layiq olmağa, Sizi Milli Mәclisdә mәsuliyyәt hissi vә lәyaqәtlә tәmsil etmәyә çalışdım. Rahatlıqla deyә bilәrәm ki, Sizinlә mütәmadi olaraq hәr ay keçirdiyim görüşlәrdә dinlәdiyim vә aldığım seçici şikayәtlәrinin hәlli üçün var qüvvәmi sәrf etdim, әn vacibi isә heç birinizin müraciәtinә vә probleminә laqeyd qalmayaraq daim yanınızda oldum. Mәnә ünvanlanan fәrdi vә kollektiv müraciәtlәrdә qeyd etdiyiniz mәsәlәlәrin hәlli üçün yerli vә mәrkәzi icra hakimiyyәti orqanları, ictimai tәşkilatlar, özәl sektorun nümayәndәlәri ilә birgә çalışaraq onların çoxunun hәllinә nail oldum. Yaşadığınız mәhәllәlәrdә abadlaşdırma işlәrinin hәyata keçirilmәsinә, yeni parkların salınmasına, elәcә dә bәzi hәyәtyanı әrazilәrdә Sizin istirahәtinizi pozan tikinti işlәrinin qarşısının alınması ilә bağlı müraciәtlәrinizi rayon icra hakimiyyәti ilә müzakirә edәrәk onların hәllinә kömәklik göstәrdim. Binәqәdi gәnclәrinin sağlam, milli-mәnәvi dәyәrlәrә hörmәt vә sayğı ilә, vәtәnpәrvәr ruhda böyümәsi, onların tәhsil vә social problemlәrinin hәlli üçün müxtәlif tәşәbbüs vә layihәlәri dәstәklәdim. Görülәn bütün bu işlәr vә aramızda yaranan doğmalıq, sәmi miyyәt, inam vә etimad әsasında Siz “İslahatlara dәs tәk” seçici lәrin tәşәbbüs qrupunu yaradaraq deputatlığa namizәd liyimi 8 saylı Binәqәdi birinci Seçki Dairә sin dәn ye nidәn irәli sürdünüz. Mәnә göstәrdiyiniz yüksәk eti mada vә inama görә Sizә dәrin tәşәkkürümü bildirirәm. Bu gün Azәrbaycan dәyişir, müasirlәşir vә müstәqil bir dövlәt kimi qarşılaşdığı yerli vә beynәlxalq çağırışların hәlli üçün yeni dәn sәfәrbәr olur. Azәrbaycan Respublikasının Prezidenti cәnab İlham Əliyevin ölkәmizin daha da güc lәnmәsi vә inkişafı naminә apardığı geniş vә әhatәli islahatlar, xüsusilә kadr vә struktur islahatları, idarәetmәdә yeniliyin vә modernlәşmәnin tәtbiqi, neqativ halların aradan qaldırılması ilә bağlı atdığı qәtiyyәtli addımları xalqımız böyük ruh yüksәkliyi ilә qarşılayır. Bu islahatlara hәrtәrәfli vәtәndaş dәstәyini tәmin etmәklә biz Azәrbaycanda qanunverici, mәhkәmә vә icra hakimiyyәti qollarının daha effektiv fәaliyyәtinә nail olacağıq ki, bu da dövlәtimizin möhkәmlәnmәsinә, qarşıda duran bütün vәzifәlәrin tez bir zamanda icra olunmasına, Sizin maddi vә sosial vәziyyәtinizin daha da yaxşılaşmasına xidmәt edәcәk. Mәhz bu sәbәbdәn dә Sizin tәşәbbüsünüzü müdafiә edәrәk seçkilәrә “İslahatlara dәstәk” şüarı ilә gedirәm. Hesab edirәm ki, ölkәmizin gәlәcәyi vә Sizin layiqli hәyat şәraitinizin tәmin edilmәsi mәhz cәnab Prezidentin hәyata keçirdiyi islahatların uğurlu davamından vә bu islahatlara hәr birimizin dәstәk vermәsindәn çox asılıdır. İnanıram ki, Siz islahatlara dәs tәyinizi bu seçkidә dә әyani şәkildә nümayiş etdirәcәk, Milli Mәclisdә Sizi lәyaqәtlә tәmsil etmәk vә qanuni maraqlarınızı müdafiә etmәk kimi şәrәfli missiyanı mәnә yenidәn etibar edәcәksiniz.

Əziz seçicim!

Mәnim deputatlıq fәaliyyәtim tәkcә Azәrbaycanla mәhdudlaşmır. Bildiyiniz kimi, mәn 2016-cı ildәn ATƏT Parlament Assambleyasının vitse-prezidenti kimi mәsul vәzifәyә seçilәrәk Sizi hәm dә beynәlxalq arenada tәmsil edirәm. 2019-cu ilin iyulunda isә yekdilliklә üç illik müddәtә tәkrar bu vәzifәyә seçilәrәk ölkәmizin maraqlarını 2022-ci ilәdәk ATƏT kimi mötәbәr tribunadan müdafiә etmәk imkanı әldә etmişәm. Tutduğum bu yüksәk mövqedәn istifadә edәrәk ölkәmizi ATƏT PA-da lәyaqәtlә tәmsil etmiş, milli maraqlarımıza cavab verәn, Ermәnistanın tәcavüzkar mahiyyәtini ifşa edәn, Azәrbaycanın әrazi bütövlüyünә vә suverenliyinә dәstәyi özündә әks etdirәn 4 müxtәlif qәtnamәnin hazırlanmasına vә qәbul edilmәsinә nail olmuşam. ATƏT PA-da Azәrbaycanın әldә etdiyi bu mandatı qoruyub saxlamaq vә yüksәk tәmsilçiliyini davam etdirmәk üçün mәnim yenidәn Milli Mәclisin deputatı seçilmәyim vacibdir. Ona görә dә inanıram ki, Siz fevralın 9-da seçim edәn zaman bu mühüm amili dә nәzәrә alacaqsınız.

Dәyәrli seçicim!

Bu gün dünyada vә Azәrbaycanda idarәetmәdә çevikliyin vә innovasiyaların tәtbiqinin sәmәrәsini nәzәrә alaraq, növbәti 5 ildә Sizә göstәrәcәyim xidmәti tamamilә yeni müstәvidә qurmağı planlaşdırıram. Mәnimlә maneәsiz, operativ vә şәffaf әlaqә formasının daha da tәkmillәşdirilmәsi, üzlәşdiyiniz problemlәrlә bağlı mәlumatı qısa müddәtdә vә asanlıqla mәnә çatdıraraq onların effektiv hәlli, hәmçinin qanunvericilik dә daxil olmaqla istәnilәn mәsәlә ilә bağlı rәy vә tәkliflәrinizin müzakirə olunması mәqsәdilә Sizin üçün 2020-ci il yanvarın 17-dәn etibarәn “Seçicinin elektron kabineti”ni istifadәyә verirәm. Azәrbaycanda ilk dәfә tәtbiq edilәn, “deputat-seçici” münasibәtlәrindә interaktivliyin yeni mexanizmi olan “Seçicinin elektron kabineti” xidmәti kommunikasiyanın innovativ modeli kimi ölkәdә aparılan islahatların ruhuna vә yeni dövrün tәlәblәrinә uyğun olaraq Sizin mәmnunluğunuzu tәmin edәcәk. 8 saylı Binәqәdi birinci Seçki Dairәsinin seçicilәri problemlәrini çatdırmaq vә fikirlәrini bölüşmәk üçün әziyyәt çәkib qәbula gәlmәkdәn azad olacaq vә şәxsi elektron kabinetindәn istifadә edәrәk istәdiyi vaxt mәnimlә әlaqә qurub qarşılaşdığı problemin hәllinә qısa zamanda nail olmaq imkanı qazanacaq. Bu sadәcә seçki vәdi deyil, indiyә kimi fәaliyyәt göstәrdiyim sahәdә dövlәt xidmәtlәrinin elektronlaşması, daha şәffaf vә әlçatan olmasının deputat-seçici münasibәtindә tәtbiqinin real davamıdır. Sizin tezliklә bu innovativ tәtbiqin vә elektron xidmәtin praktiki istifadәçisi kimi onun sәmәrәsini görәcәyinizә әminәm. Əlbәttә, qeyd etdiyim yeniliyә baxmayaraq, әvvәllәr olduğu kimi tәxirәsalınmaz qәbullarla yanaşı, hәr ay Sizinlә müntәzәm görüşlәr keçirәcәm, Sizә xidmәt missiyamı şәrәf vә lәyaqәtlә davam etdirәcәm.

Əziz seçicim!

Sonda isә Sizә möhkәm cansağlığı, ailә sәadәti, işlә rinizdә uğurlar arzulayır vә Sizi fevralın 9-da seçki mәntәqәlәrinә gәlib ölkәdә aparılan islahatları dәstәklәmәyә, Sizi lәyaqәtlә tәmsil edәcәk namizәdә sәs verәrәk yolumuzu davam etdirmәyә çağırıram! Tanrı Azәrbaycanımızı vә Sizi qorusun”.

Hazırladı: Hikmət Həsənov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin