Binəqədidə şagirdlər arasında inşa və yazı müsabiqələri keçirilib – Fotolar

0
musabiqe-insa

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, Bakı Humanitar Kollecinin komissiya üzvlərinin rəyinə əsasən inşa yazı müsabiqəsi üzrə 115 №-li tam orta məktəbin 10 a sinif şagirdi Abdullayeva Sevinc I yerə, 144 №-li tam orta məktəbin 6 b sinif şagirdləri Ağayeva Nərgiz və Əlizadə Hüsniyyə müvafiq olaraq II və III yerə layiq görülüblər.
Rəsm müsabiqəsi üzrə 298 №-li tam orta məktəbin 8 c sinif şagirdi Qənbərli Şəms Rövşən qızı I yerə, 100 №-li tam orta məktəbin 9 d sinif şagirdi Şaqiyeva Yasmin Rafael qızı II yerə, 179 №-li tam orta məktəbin 8 b sinif şagirdi İsmayılzadə Cümşüd Ramil oğlu III yerə layiq görülüblər.
Rəsm əsərləri Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Elvin Şirinov tərəfindən qiymətləndirilmişdir. Rəsmlərdə məktəblilər tərəfindən xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsi, eyni zamanda faciənin acı nəticələri təsvir edilib.

musabiqe-insa

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin