Binəqədidə “Güllə yağışı” abidəsi ziyarət edilib – Fotolar

0
bineqedi-abide

20.01.2020-ci il tarixində “20 Yanvar Ümumxalq Hüzn Günü”nün 30-cu ildönümü münasibətilə Biləcəri qəsəbəsində ucaldılmış “Güllə yağışı” abidəsi ziyarət edilib.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın şöbə müdirləri, əməkdaşları və rayon ictimaiyyətinin iştirak etdiyi anım mərasimində “Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyularaq, xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna dərin ehtiramlarını bildiriblər.

bineqedi-abide

bineqedi-abide

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin