Binəqədi rayonunda 5 qəsəbədə 30 kilometr küçə və yol təmir edilir – Fotolar

0
yol-temir

Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən və 28 May qəsəbələri ərazisində ümumi uzunluğu 30 kilometr olan daxili küçə və yollarda əsaslı təmir işləri həyata keçirilir. Ümumilikdə təmir işlərinin əhatə etdiyi sahə 200 min kvadratmetrə yaxındır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Bineqedi.info saytına bildirilib ki, təmir işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilən, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı və çınqıl örtüklü küçə və yollarda aparılır. Bu, Biləcəri qəsəbəsi üzrə T.Yaqubov, Vidadi, İ.Kərimov və M.S.Ordubadi küçələri, Nurlu yaşayış massivi döngə 1, Rəsulzadə qəsəbəsi üzrə H.Hacıbababəyov və İ.Hacıyev küçələri, Binəqədi qəsəbəsi C.Cabbarlı küçəsi, Xocasən-Binəqədi yolu 5-ci döngə, Baksol yaşayış massivi Daşqınlar küçəsinin 10 döngəsi, Xocasən qəsəbəsi üzrə R.Allahverdiyev küçəsi və döngələri, Gülüstan küçəsi döngə 15 və Anadolu küçəsidir.

asfalt-yol

Aparılan təmir-tikinti işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir. Daha sonra yeni asfalt-beton örtüyü döşənir.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncam və tapşırıqları əsasında agentlik tərəfindən 2019-cu il ərzində Binəqədi rayonunda 26,8 kilometr uzunluğunda olan 30-dək küçə və yola asfalt-beton örtüyü döşənib. Ümumilikdə ötən il ərzində Bakı şəhərinin 12 rayonu üzrə 300 kilometrdən çox uzunluğa malik qəsəbədaxili küçə və yolların 2 milyon 600 min kvadratmetr sahəsində asfaltlanma işləri aparılıb.

su-kanalizasiya

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin