Binəqədidə aprel şəhidinin adını daşıyan bulağın açılışı olub – Fotolar

0
bineqedi-sehid

“Aprel döyüşləri” şəhidi Fəxrəddin Qurbanlının doğum günü münasibətilə tədbir keçirilib. Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi RİH Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Nicat Həsənov, Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi üzrə nümayəndəsi Zakir Əliyev, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, şəhidin ailə üzvləri, şəhidin oxuduğu məktəbin və universitetin kollektivi və sakinlər iştirak edib.
Çıxış edənlər şəhidin həyat yolu və fəaliyyəti barədə danışaraq, tez bir zamanda Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə torpaqlarımız azad olunacağı və şəhidlərimizin qanının yerdə qalmayacağına inandıqlarını bildiriblər.
Çıxışlar bitdikdən sonra şəhidin adını daşıyan bulağın açılışı olub.
Daha sonra şəhidin məzarı ziyarət olunub, dualar oxunub. Günün sonunda şəhidin xatirəsinə ehsan süfrəsi açılıb.

bineqedi-sehid

bineqedi-sehid

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin