Binəqədidə təhsil: 30 nömrəli tam orta məktəb barədə məlumatlar

0
bineqedi-mekteb

Bakının Binəqədi rayonu ərazisində yerləşən 30 nömrəli tam orta məktəb Milli Qəhrəman Vahid Əzizovun adını daşıyır.

Bineqedi.info saytının məlumatına görə, bu tədris müəssisəsi 1959-cu ildə istifadəyə verilib. Məktəb 2 təlim dili (Azərbaycan və rus dili) olmaqla fəaliyyət göstərir. Məktəb birnövbəli, 5 günlük iş rejimi ilə işləyir.

otuz-nomreli-mekteb

Məktəbin şagird tutumu 730 nəfərlikdir. Hazırda burada 82 nəfər müəllim heyəti çalışır.

Məktəbin direktoru Abdullayeva Rübabə Hacı qızıdır.

Abdullayeva-Rubabe-direktor

Rübabə Abdullayeva 2004-2008-ci illərdə Bakı Dövlət Universitetində bakalavr, 2009-2012-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr təhsili alıb. 2015-ci ildən etibarən AMEA-nın Mexanika-Riyaziyyat İnstitutunda elmi fəaliyyətlə məşğul olub və 2017-ci ildən dissertant kimi fəaliyyət göstərir. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Məktəb Liderliyi və İdarəetmə” kursunu uğurla başa vurub.

Məktəb 2013/2014-cü tədris ilində “İlin məktəbi” adına layiq görülüb. Bu təhsil ocağında qabaqcıl müəllimlər çalışır. 2010/2011-ci tədris ilində məktəbin müəllimi Mirzəyeva Şəhla “İlin müəllimi” adına, 2014/2015 -ci tədris ilində Mustafayeva Natella Aslan qızı “Əməkdar müəllim” adına layiq görülüb.

Məktəbin 2 müəllimi – Səlimova Nəzakət Bahadur qızı və Abışova Bibixanım Abış qızı öz ixtisasları üzrə elmlər namizədidirlər.

mekteb-tehsil-kurikulum

Məktəbin zəngin kitabxanası var. Kitabxanada  minə yaxın adda bədii əsər, dərslik, dövrü mətbuat materialları və digər resurslar var.

otuz-nomreli-mekteb1

Məktəbin ünvanı: M. Məmmədxan küçəsi 1

Telefon: (012) 568-17-84

Email: Rubab.aliyeva@gmail.com

Hazırladı: Hikmət Həsənov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin