Çətin və şərəfli peşə – Daxili işlər orqanlarında uğurlu kadr təyinatları…

0
besinci-polis-bolmesi

Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib.

Son illər Prezident İlham Əliyev tərəfindən həyata keçirilən zəruri tədbirlər hüquq-mühafizə orqanlarının, o cümlədən polisin fəaliyyətinin gücləndirilməsi, xalqa, dövlətə sədaqətli şəxsi heyətin formalaşdırılması və qanunun aliliyini əsas prinsip kimi qiymətləndirən əməkdaşların peşə xidmətinə cəlb edilməsi kimi önəmli addımlar atılıb.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasətin nəticəsi olaraq ölkəmizdə mütəşəkkil cinayətkarlığa, sabitliyə təhdid yaradan təhlükələrə qarşı uğurlu mübarizəyə nail olunub, vətəndaşların dinc, əmin-amanlıq şəraitində yaşamaları üçün zəruri şərait yaradılıb.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.

Daxili işlər naziri Vilayət Eyvazovun rəhbərliyi ilə son dövrlər daxili işlər orqanlarında aparılan kadr təyinatları da ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğuran cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirlərinin icrasına şübhəsiz ki, öz töhfəsini verəcəkdir.

Bu yaxınlarda cənab nazir Vilayət Eyvazovun müvafiq əmri ilə daha bir önəmli vəzifəyə təyinat oldu.

Nazirin əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi vəzifəsinə polis mayoru Cavid İsmayılov təyin edilib.

Məlumat üçün bildirək ki, Cavid İsmayılov ictimai təhlükəsizliyin və qanunçuluğun keşiyini çəkən, eyni zamanda, cinayətkarlığa qarşı gecə-gündüz mübarizə aparan, vətəndaşların xidmətində elə əsl vətəndaş yanğısı ilə duran peşəkar kadrlardandır.

İnanırıq ki, onun rəhbərliyi altında cinayətkarlıqla mübarizə istiqamətində bundan sonra da mühüm işlər görüləcəkdir.

Bineqedi.info saytı olaraq polis mayoru Cavid İsmayılova şərəfli və məsuliyyətli işində yeni-yeni uğurlar arzulayırıq.

Hikmət Həsənov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin