Binəqədidə 4 otaqlı ev yanıb

0
bineqedi-yangin

Bakının Binəqədi rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Bineqedi.info saytına verilən məlumata görə, hadisə ümumi sahəsi 100 kv/m olan evdə qeydə alınıb.

Yanğın nəticəsində birmərtəbəli 4 otaqlı ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin