Binəqədili idmançıların beynəlxalq yarışlarda növbəti uğuru – Fotolar

0
bineqedi-yaris

Binəqədi idmançıları beynəlxalq yarışlarda uğur qazanıblar.

Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən “Bozqurd” idman klubunun idmançısı Nihad Şoranov 10-15 dekabr 2019-cu il tarixində Türkiyənin Antalya şəhərində keçirilən Beynəlxalq Antalya Muay-Tay Açıq Kubokunda (Uluslararası Antalya Muaytai Açık Kupası) 2-ci yeri tutub.

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində 21-24 dekabr 2019-cu il tarixində “Prezident Kuboku” uğrunda yarış keçirilib. Yarışda alpaqut, muay-tay, uşu-sanda, freefighting, İTF-taekvando, S-1 peşəkar liqası və vin-çun idman növlərində Azərbaycan da daxil olmaqla, 11 ölkədən 900-dən çox idmançı mübarizə aparıb. “Bozqurd” idman klubunun idmançıları Nihad Şoranov, Vüqar Alırzayev, Rəhim Əsgərli, Nihad Qurbanlı iştirak edərək 4 gümüş medal qazanıblar.
Azərbaycan Alpaqut Federasiyası Turan Döyüş Sistemləri Mərkəzinin Binəqədi filialının sədri Cəfər Həsənov isə “Prezident Kuboku” uğrunda yarışda 3-cü yeri tutub.

bineqedi-yaris

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin