Binəqədidə bayram konserti təşkil olunub – Fotolar

0
atesfesanliq-bineqedi

Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Binəqədi rayon Heydər Əliyev adına istirahət parkında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş tədbir keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə rayon idarə və müəssisə rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət müəssisələri,rayon ictimaiyyəti və sakinlər iştirak ediblər.
İlk olaraq tədbirin aparıcısı qonaqları salamlayaraq onları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.

bineqedi-konsert1.jpg

Xalqımızın, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın hər il dekabrın 31-ni – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü kimi böyük həvəs və coşqu ilə qeyd etdiyini bildirib.

Bu bayramın ildən-ilə daha geniş vüsət aldığı və daha geniş şəkildə keçirildiyi qeyd edilərək, Ulu öndər Heydər Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə verdiyi önəmdən bəhs edilib.
Tədbir iştirakçılarına 2020-ci il ərzində ölkəmizdə aparılan abadlıq-quruculuq, sosial-iqtisadi, təhsil, səhiyyə, mədəniyyət sahələrində görülmüş işlər haqqında məlumat verilib. Böyük çoşqu ilə keçirilən konsert proqramı tanınmış incəsənət ustalarının çıxışları ilə davam etdirildi. Bir birindən maraqlı ifalar, möhtəşəm rəqslər, sakinlərdə yüksək əhval-ruhiyə yaradıb.
Konsert atəşfəşanlıqla yekunlaşdırılıb.

bineqedi-konsert

bineqedi-konsert2.jpg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin