Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib – Fotolar

0
bineqedi-qebul

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.

İcra Hakimiyyətindən Bineqedi.info saytına verilən məlumata görə, qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər.
Qəbulda iştirak edən 5 nəfər sakin müraciətlərində torpaq sahəsivə ya sığınacaqla təmin olunmağa köməklik göstərilməsi, maddi yardım göstərilməsi, tikintiyə icazə verilməsi və s. problemlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

bineqedi-qebul1
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev RİH-in səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verib.

bineqedi-qebul2

bineqedi-qebul3

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin