Binəqədi polisləri intihara cəhdin qarşısını aldılar

0
besinci-polis-bolmesi.

Bu gün paytaxtın Binəqədi rayonunda Nübar Kişiyeva hündürmərtəbəli yaşayış binlarının birindən ictimai diqqəti üzərinə yönəltmək üçün intihara cəhd göstərib.

Bineqedi.info-nun məlumatına görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qadının intihara cəhdin qarşısı ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayı və Fövqaladə Hallar Nazirliyinin müvafiq xidmətinin əməkdaşları tərəfindən alınaraq, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə təhvil verilib: “Bölmədə onunla profilaktiki söhbətlər aparılıb.”

Xidmət rəisi əlavə edib ki, N.Kişiyevanın ətrafında aparılan araşdırma zamanı onun intihara cəhd etməsinə səbəb, polislə yox, tikinti şirkətlərindən biri ilə aralarında yaranan mənzil mübahisəsinin məhkəmə iddiası ilə bağlıdır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin