Binəqədi sakini Yasamalda niyə güllələnib? – Nazirlikdən açıqlama

0
niva

Bakının Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. Hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Bineqedi.info saytı lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayon sakini, 30 yaşlı Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib.

Səhiyyə Nazirliyi Bakıda silahlı insident zamanı yaralanan şəxslərin durumu ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb. 22 dekabr saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi Kliniki Tibbi Mərkəzə çatdırılıblar. Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Hadisə Şərifzadə küçəsində qeydə alınıb.

Binəqədi rayon sakini, 30 yaşlı Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

“Niva” markalı avtomobildə olan daha bir nəfər – sərnişin İlkin Babayev də güllələnib.

Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb. İ.Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Fakt araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin