Qida təhlükəsizliyi ilə bağlı görüşdə Binəqədili sahibkarlar da iştirak edib – Fotolar

0
bineqedi-sahibkar

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahikarlıq subyektlərinin maarifləndirilməsi tədbirləri davam etdirilir.

Bineqedi.info saytına verilən məlumata görə, növbəti tədbir Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) “Ticarət şəbəkələrində aparılan dövlət nəzarəti və monitorinqlər nəticəsində aşkarlanmış uyğunsuzluqlar və onların həlli yolları” mövzusunda keçirilib. Görüşdə Xətai, Nərimanov, Binəqədi, Nizami rayonlarında fəaliyyət göstərən ticarət obyektlərinin nümayəndələri iştirak ediblər.

bineqedi-sahibkar
Qeyd olunub ki, görüşün keçirilməsində məqsəd Agentlik tərəfindən keçirilən monitorinqlər zamanı aşkarlanan faktların aradan qaldırılması ilə bağlı sahibkarlıq subyektlərinə tövsiyələrin verilməsidir.
Sahibkarlara məlumat verilib ki, qanunvericiliyə uyğun olaraq yerli məhsullar qida təhlükəsizliyinə dair çıxarış, idxal olunan məhsullar isə qida təhlükəsizliyi sertifikatı ilə təmin edildikdən sonra ticarət şəbəkələrinə daxil olmalıdır.
Tədbirdə “Ticarət şəbəkələrində aparılmış yoxlamalar nəticəsində aşkarlanmış uyğunsuzluqlar və mövcud olan problemlərin həlli yolları” mövzusunda təqdimat iştirakçılara nümayiş olunub.
Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin