Binəqədi Gənclər Evində təqdimat – Fotolar

0
bineqedi-gencler
Binəqədi GənclərEvində “Azərbaycan Hökuməti və BMT-nin birgə Gənclər Evi təşəbbüsü”nün Avropa İttifaqınmaliyyə dəstəyi ilə həyata keçirilən yeni istiqamətlərinin təqdimatı keçirilib.                                                                                     Bineqedi.info saytına verilən məlumata görə, əsas məqsədi Gənclər Evlərini gənclərə dost xidmətlər təklif edəcək məkana çevirmək olan təşəbbüs UNICEF-in texniki dəstəyi ilə2018-ci ildən həyata keçirilir.
Xidmətlər beş istiqaməti əhatə edir: sağlamlıq, təhsil, müdafiə, iş hazırlığıvə iştirak etmə. Bu günə qədər hökumətlə birgə hazırlanmış xidmətlər paketinə Əsas Həyat Bacarıqları, Psixoloji-Sosial və Hüquqi Məsləhət və Sağlam HəyatTərzi daxildir. Avropa İttifaqı ilə yeni tərəfdaşlıq bu gün təqdimatı keçiriləcək yeni istiqamətlərin əhatə olunmasına dəstək verib.Qeyri Hökumət təşkilatları tərəfindən 6 rayonda (Bakının Binəqədi və Xəzər rayonları,Mingəçevir, Qazax, Şəmkir və Biləsuvar rayonları) yerləşən Gənclər Evləri və Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin əməkdaşları vasitəsi ilə təqdim olunacaq yeni xidmətlərin məqsədi gənclər tərəfindən sosial layihələrin hazırlanması və idarə olunması, onların iş hazırlığının yüksəldilməsi və Gənclər Evləri və İnkişaf və Karyera Mərkəzlərinin PR/Marketinq fəaliyyətlərinin gücləndirilməsidir.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Indira Hacıyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının müdir müavini Şəmsi Gülverdiyev, Azərbaycan Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov,Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev iştirak edib.
Giriş sözü ilə çıxış edən Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Indira Hacıyeva Azərbaycan Respublikasının Gənclər siyasəti və Gənclər Evlərinin bu siyasətin həyata keçirilməsində tutduğu rol haqda ətraflı məlumat verib. UNICEF-in Azərbaycan Nümayəndəliyi rəhbərinin müavini Min Yuan Hökumətvə BMT-nin birgə Gənclər Evi Təşəbbüsünün QHT-lərin gənclərin mobilizasiyasında əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirib Təqdimat zamanı layihə tərəfdaşları olan QHT rəhbərləri və benefisiarlar – Gənclər Evləri və Gənclərinİnkişaf və Karyera Mərkəzlərinin rəhbərləri yeni xidmətlərin faydaları, eləcədə QHT-lərlə olan əməkdaşlığın bu sahəyə verəcəyi töhfələrə dair panel müzakirəsi aparıblar.
bineqedi-gencler

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin