İcra başçısı Xocasən sakinləri ilə səyyar görüş keçirib – Fotolar

0
elxan-allahverdiyev-qebul

Xocəsən qəsəbəsi ərazisində yerləşən 313 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri iştirak ediblər.

qebul-xocasen3

RİH başçısı E.Allahverdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verərək bildirib ki, cari dövrdə imzalanmış fərman və sərəncamlardan da göründüyü kimi, istər Bakı şəhəri, istərsə də ölkənin digər şəhər və rayonlarında yol infrastrukturunun yenilənməsi, su və kanalizasiya şəbəkəsində mövcud problemlərin həlli istiqamətində mühüm işlər həyata keçirilir. Eyni zamanda, sakinlərin rahatlığının və xoş istirahətinin təşkili məqsədi ilə “İDEA” İctimai Birliyinin dəstəyi ilə mərhələli şəkildə abad məhəllərlər salınır, yaşıllıqların salınması məqsədi ilə ağacəkmə aksiyaları keçirirlir, ərazilərdən məişət tullantılarının daşınması işinə mütəmadi nəzarət olunur.

qebul-xocasen2

RİH başçısı E.Allahverdiyev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin müvafiq tapşırığının icrası məqsədi ilə və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Qəsəbə aylığı” çərçivəsində növbəti səyyar görüş rayonun Xocəsən qəsəbəsində keçirilir. RİH başçısı bu görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq bildirib ki, əsas məqsəd sakinləri narahat edən problemlərlə yerində tanış olmaq və səlahiyyətləri çərçivəsində onların həllinə nail olmaqdan ibarətdir.
Qəsəbə sakinləri ölkə ərazisində, eləcə də, Bakı şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən, qəsəbə yollarına böyük diqqət yetirilir və plana əsasən, onların yaşadığı ərazidəki yolun təmiri işlərinə cari ilin sonunadək başlanacaqdır. Bundan başqa, ərazidəki küçələrin işıqlandırılması və sair məsələlərlə bağlı aidiyyatı xidmət təşkilatlarının nümayəndələrinə müvafiq tapşırıqlar verib.

elxan-allahverdiyev-qebul

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin