Binəqədidə yol qəzası

0
azadliq-prospekti

Bakının Binəqədi rayonunda yük və minik maşınları toqquşub.

Bineqedi.info saytı oxu.az-a istinadən xəbər verir ki, qəza Azadlıq prospektində qeydə alınıb.

Yusif Hüseynov idarə etdiyi “Shacman” markalı yük maşını ilə Binəqədi şossesində hərəkətdə olarkən sola dönmə əməliyyatı etmək istəyib. Bu zaman yük maşını qarşıdan gələn Elşad İbrahimovun idarə etdiyi Gürcüstan dövlət qeydiyyat nişanlı, “Volkswagen” markalı minik avtomobili ilə toqquşub.

Qəza zamanı “Volkswagen”in sürücüsü Elşad İbrahimov yüngül xəsarət alıb.

Əraziyə Binəqədi Rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatı araşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin