Binəqədi-Xırdalan yolunda üç avtomobil toqquşub

0
bineqedi-qeza

Abşeron rayonu ərazisində yol qəzası baş verib.

Bineqedi.info saytının APA-ya istinadən məlumatına görə, avtoqəza Binəqədi-Xırdalan yolunda qeydə alınıb.

Avtoqəza zamanı üç – “Renault Megane”, “Renault Clio” və “Chevrolet Lacetti” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı məlum deyil. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yol qəzasının təfərrüatları araşdırılır.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin