283 nömrəli məktəbin komandası Binəqədi rayonu üzrə qalib oldu – Fotolar

0

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində məktəblilərin Bakı şəhər birinciliyinin veloidman növü üzrə Binəqədi rayon mərhələsi metronun “Dərnəgül” stansiyasının üzərində keçirilib.

veloidman-bineqedi-yarisBineqedi.info saytına verilən məlumata görə, yarışın nəticəsinə əsasən I yeri 283 №-li tam orta məktəbin komandası, II yeri 157 №-li tam orta məktəbin komandası, III yeri 248 №-li tam orta məktəbin komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Təhsil” Respublika İxtisaslaşdırılmış 8 №-li Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor müavini Aydın Gözəlov iştirak ediblər.

veloidman-bineqedi-yaris