Binəqədidə tələbə qız yataqxanadan çıxdı, geri qayıtmadı

0
besinci-polis-bolmesi

Bakıda tələbə qız itkin düşüb. Bu barədə onunla birgə Bakı Slavyan Universitetinin Dərnəgül qəsəbəsində yerləşən yataqxanasında yaşayan İbrahimova Ruhiyyə İbrahim qızı Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

O, etdiyi müraciətində onunla eyni ünvanda yaşayan İbrahimova Əzizə Kazım qızının dekabrın 4-də saat 16 radələrində yaşadığı evdən çıxıb bir daha geri qayıtmadığını bildirib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.lent.az

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin