Binəqədililər də I vitse-prezidentin 650 min ağac əkmək təşəbbüsünə qoşuldu – Fotolar

0
Binəqədidə ağacəkmə aksiyası keçirilib - Fotolar

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Respublikanın hər yerində start götürmüş ağacəkmə aksiyası Binəqədi rayonunda həyata keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, müvafiq tövsiyəyə uyğun olaraq 6 dekabr 2019-cu il tarixində gün ərzində Binəqədi rayonu 6-cı mikrorayon, M. Kazımovski küçəsi, Nəbatət bağı, İ. Cümşüdov küçəsi, Xocəsən qəsəbəsi, “Pepsi-kola” şirkətinin qarşısındakı park, “Dərnəgül” metro stansiyasının çıxışı, Binəqədi qəsəbəsi 15 sutka cəzaçəkmə müəsissəsinin yanı və Xocəsən qəsəbəsi, “Motodrom” adlanan ünvanda 2000 ədəd həmişə yaşıl ağac əkilib.

bineqedi-agacekme3
Ağacəkmə aksiyasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, YAP Binəqədi rayon təşkilatının rəhbər heyəti,Rayon ictimaiyyəti, Binəqədi rayonunda könüllülük işinə cəlb edilmiş gənclər və s iştirak edib.
Ağacəkmə aksiyası zamanı İmadəddin Nəsiminin qəzəllərindən ibarət musiqilər səsləndirilib, çay süfrəsi təşkil edilib.

bineqedi-agacekme

bineqedi-agacekme

bineqedi-agacekme

bineqedi-agacekme6

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin