Könüllülər üçün “Binəqədi Tur” təşkil edilib – Fotolar

0
bineqedi-tur

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti,Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi qəsəbə bələdiyyəsinin birgə təşkilatçılığı ilə könüllülər üçün “Binəqədi Tur” təşkil edilib.

Bineqedi.info-ya verilən məlumata görə, təşkil edilmiş tur çərçivəsində könüllü gənclər ilk olaraq Binəqədi IV dövr Fauna və Flora Təbiət Abidəsində olmuş və burada könüllülərə “Binəqədi IV dövr fauna və flora təbiət abidəsi”nin nəinki Azərbaycanın, hətta bütün dünyanın ən zəngin və nadir tapıntılarından biri olduğu barədə geniş məlumat verilib.

bineqedi-tur1.jpg

Daha sonra könüllülər Binəqədi qəsəbə bələdiyyəsinin qonağı olub və bələdiyyənin fəaliyyəti ilə tanış olublar.

Görüş zamanı bələdiyyə sədri Aytac Əliyeva gənclərə bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib.

bineqedi-tur3.jpg

Sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb. Təqdimatdan sonra “Azərbaycan Könüllülük Həftəsi” üçün hazırlanmış tort kəsilib və görüş çay süfrəsi arxasında davam edib.

bineqedi-tur2.jpg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin