Binəqədi məktəbləri: 276 nömrəli tam orta məktəb barədə məlumatlar – Fotolar

0
bineqedi-mektebleri

Binəqədi rayonu 276 saylı tam orta məktəb 1986-cı ildə istifadəyə verilib. Bineqedi.info saytı xəbər verir ki, məktəb 2012-ci ildə “İlin məktəbi” layihəsində qalib olub. Həmin  ildə əsaslı təmir olunub. Müəllimlərin sayı 127 nəfər, şagird yerlərinin sayı isə 1469 nəfərdir.  Məktəbdə 54 sinif var. 1-4-cü siniflərin sayı 25, 5-11-ci siniflərin sayı 30-dur.

Məktəb 3 korpusdan ibarətdir. Məktəbin laboratoriyaları ilə birlikdə fizika, kimya və biologiya  kabinetləri, 3 informatika kabineti, 1 hərbi hazırlıq kabineti, 1 kitabxana,  1 bufet, 1 həkim otağı, 2 tədris emalatxanası, 1 akt zalı, 2 idman zalı və fərdi qazanxanası var. Kitabxanada kitab fondu 37294 ədəd kitabdan ibarətdir.

bineqedi-mektebleri-edu.jpg

 Məktəbin direktoru Şiriyev Bəhram Qəzənfər oğludur.

siriyev-behram-qezenfer

 Bəhram Şiriyev 1989-1991- ci illərdə Binəqədi rayonu 182 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışıb. 1991-1994-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işləyib.

 1994-1997- ci ildə Binəqədi rayonu 284 №-li orta məktəbin direktoru vəzifəsində işləyib. 1997-ci ildən 2001- ci ilədək Binəqədi rayonu 246 №-li orta məktəb-liseyin direktor vəzifəsində çalışıb.

2001-ci ildən bu günədək Bakı şəhəri 276 №-li məktəbinin direktorudur.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Məktəbin əlaqə telefonu: 012 – 562-78-65

Elektron poçt: 276mekteb@bakuedu.gov.az

 Ünvan: Naxçıvani küçəsi 38

Hikmət Həsənov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin