Binəqədidə şirkət binasının qarovulçusu faciəli şəkildə ölüb

0
tikinti-olum-qetl

Bakıda şirkət binasının qarovulçusu lift şaxtasına düşərək ölüb.

Hadisə Binəqədi rayon ərazisində baş verib. Belə ki, Canpolad Qurbanov qarovulçu qismində işlədiyi “Abşeron Construction” inşaat şirkətinə məxsus Naxçıvani küçəsi 103 ünvanında yerləşən “Nakhchivani Residence” binasında lift şaxtasına düşməsi nəticəsində vəfat edib.

Faktla bağla Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir.report

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin