Binəqədidə könüllülər arasında “Bowling” yarışı keçirilib

0
bineqedi-konulluler

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə könüllülər arasında “Bowling” yarışı keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının baş məsləhətçisi Kənan Kərimov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, Aparıcı məsləhətçi Ülviyyə Usubova, Binəqədi rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda könüllülük fəaliyyətinə cəlb edilmiş gənclər işirak edib.
Maraqlı və əyləncəli keçən yarışda ən yüksək nəticə əldə etmiş gənclərə rayon tədbirində sertifikatları təqdim ediləcək.

bineqedi-konulluler1.jpg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin