Binəqədidə güclü külək səbəbindən 57 yaşlı kişinin başına daş düşüb

0
bineqedi-yaralanma-qeza

Bakının Binəqədi rayonunda bədbəxt hadisə zamanı 1 nəfər xəsarət alıb.

Bineqedi.info saytı SİA-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə “Dərnəgül” qəsəbəsində baş verib.

1962-ci il təvəllüdlü Əkbərov Ələsgər Əkbər oğlu yaşadığı evin yaxınlığında küçədə gedərkən başına daş düşüb. O, beyin silkələnməsi diaqnozu ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.

Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta ağırdır.

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin