İcra başçısı sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı əraziyə baxış keçirib – Fotolar

0
bineqedi-qesebesi-basci

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Binəqədi qəsəbəsində olub, 28.11.2019-cu il tarixdə “Qəsəbə aylığı” çərçivəsində keçirilmiş səyyar görüşdə sakinlər tərəfindən qaldırılan problemlərlə bağlı əraziyə baxış keçirib.

Bineqedi.info Binəqədi Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev, RİH başçısının Binəqədi QİƏD üzrə nümayəndəsi Zakir Əliyev, Binəqədi Qəsəbə Bələdiyyəsinin sədri Aytac Əliyeva da RİH başçısı ilə birlikdə qəsəbə ərazisində olublar.
RİH başçısı qəsəbənin I Mədən ərazisindəki korpus 10, 22 və 25 saylı ünvanlarda mövcud yol və kanalizasiya problemləri ilə yerində tanış olduqdan sonra, məsələlərin həlli məqsədi ilə əraziyə mütəxəssis cəlb edilməsi istiqamətində müəyyən tapşırıqlar verib.
Daha sonra RİH başçısı və digər əməkdaşlar qəsəbənin C.Cabbarlı küçəsində mövcud yol problemi ilə yerində tanış olublar. RİH başçısı bildirib ki, məsələ ilə əlaqədar “Azəravtoyol” ASC-yə müraciət ünvanlanıb və yaxın zamanda əraziyə asfalt örtüyünün vurulması nəzərdə tutulur.

bineqedi-qesebesi-basci

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin