YAP Binəqədi rayon təşkilatı namizədlərin təbliğat-təşviqat kampaniyasına başlayıb

0
belediyye-secki-bineqedi

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin təbliğat-təşviqat kampaniyasına start verib.

Bineqedi.info saytına verilən məlumata görə, ilk növbədə, Partiyanın rayon təşkilatının gənclər birliyinin fəalları namizədlərin şəkilləri əks olunan təbliğat vasitələrini rayonun ərazisində yerləşən Dairə Seçki Komissiyalarının məntəqələrində quraşdırılmış təbliğat lövhələrində yerləşdiriblər.
Məlumat üçün bildiririk ki, 23 dekabr 2019-cu il tarixdə keçiriləcək bələdiyyə seçkilərində Binəqədi rayonunda fəaliyyət göstərən 5 bələdiyyə üzrə 81 yerə YAP Binəqədi rayon təşkilatı tərəfindən 81 nəfər namizəd irəli sürülüb.

belediyye-secki-bineqedi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin