Üzərindən heroin tapılan şəxs bir müddət əvvəl Binəqədidə oğurluq edibmiş

0
bineqedi-rayon-polis-bolmesi

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçiridiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1983-cü il təvəllüdlü A.Ağayevdən 302 qram heroin aşkar olunaraq götürülüb.

Bineqedi.info-nun Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinə istinadən məlumatına görə, davam etdirilən müvafiq tədbirlərlə o da müəyyən olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs bir neçə gün əvvəl Binəqədi qəsəbəsində H.Dadaşova məxsus evdən açıq qapıdan daxil olmaqla dəmir borular oğurlayıb.

Faktla bağlı Binəqədi RPİ-də araşdırmalar davam etdirilir.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin