Binəqədidə uşaq, yeniyetmə və gənclər arasında şahmat birinciliyi keçirilib

0
bineqedi-sahmat-birincilik

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə uşaq, yeniyetmə və gənclər arasında şahmat birinciliyi keçirilib.
Bineqedi.info xəbər verir ki, yarışın hakimi “Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin məşqçi-müəllimi Xalidə Həsənova olub.
Birinciliyin nəticəsinə görə I yeri 244 №-li tam orta məktəbin komandası, II yeri 126 №-li tam orta məktəbin komandası, III yeri 3 №-li tam orta məktəbin komandası tutub.

bineqedi-sahmat-birincilik1.jpg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin