7-ci mikrorayonda qadın küçədə ürəyindən bıçaqlanaraq qətlə yetirilib – VİDEO

0
qetl-bineqedi-polis

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Bineqedi.info saytı APA-ya istinadən xəbər verir ki, təxminən 35-40 yaşlarında olan qadın 7-ci mikrorayon Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında bıçaqlanıb.

Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Zərbələrdən biri onun ürək nahiyəsinə tuş gəlib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin təfərrüatlarını Binəqədi polisi və prokurorluğun istintaqçıları araşdırır. Hadisənin motivi hələlik məlum deyil.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin