Binəqədi Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib – Fotolar

0
elxan-allahverdiyev-bineqedi

Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.

Bineqedi.info saytı İcra Hakimiyyətinə istinadən xəbər verir ki, qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər. Qəbulda müraciət edən 11 nəfər sakin tərəfindən evin təmirinə köməklik göstərilməsi, maddi yardım göstərilməsi, mənzillə və işlə təmin olunmasına köməklik göstərilməsi, şəhid adının əbədiləşdirilməsi və s. problemlərə dair qaldırılan məsələlər dinlənildikdən sonra, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verib. Eyni zamanda, RİH başçısı digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verib.

elxan-allahverdiyev-bineqedi1

elxan-allahverdiyev-bineqedi2

elxan-allahverdiyev-bineqedi3

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin