BİNƏQƏDİ RAYONU : 157 nömrəli tam orta məktəb barədə məlumatlar

0
bineqedi-mekteb-tehsil

Binəqədi rayonu Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəb 1978-ci ildə inşa edilərək istifadəyə verilib. 1978-ci ildən məktəb rus məktəbi olub, təhsil rus dilində aparılıb. Daha sonra məktəb beynəlmiləl olub – həm Azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir.

Bineqedi.info saytının məlumatına görə, 157 nömrəli tam orta məktəbin məzunu olmuş Famil İsgəndər oğlu İsgəndərovun adını daşıyır. F. İsgəndərov Binəqədi rayonundakı 157 nömrəli tam orta məktəbi bitirib.

Famil İsgəndərov Ağdərə və Tərtər bölgələrində gedən qanlı döyüşlərdə iştirak edib, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanıb.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə İsgəndərov Famil İsgəndər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Oxuduğu 157 nömrəli orta məktəb onun adını daşıyır.

Məktəbdə büstü qoyulub, yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Məktəbdə 48 sinifdə  şagirdin təlim-tərbiyəsi ilə 126 nəfər müəllim məşğul olur.  Məktəb 5 günlük, 2 növbəlidir.

Məktəbin direktoru Səttarova Gülayə Ramazan qızıdır.

gulaye-settarova-bineqedi

Gülayə Səttarova 2004-2005-ci illərdə Binəqədi rayonu İcra Hakimiyyəti və Binəqədi Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri Fərmanla təltif edilib. 2006-cı ildə “İlin ən yaxşı məktəb direktoru” diplomu ilə təltif olunub. 2012, 2013, 2014-cü illərdə Binəqədi Rayonu Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilib. 2010-cu ildə Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən, 2012-ci ildə isə Bakı Şəhər Təhsil İdarəsin tərəfindən Fəxri Fərmana layiq görülüb. 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilib.

Məktəb Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2012-ci il tarixli 2298 nömrəli sərəncamı ilə 2011-2012-ci tədris ilində keçirilmiş “50 ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.

2014-cü ildə məktəb Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən əsaslı təmir edilib, fizika, kimya, biologiya laboratoriyaları, Mimio lövhələr, Prometan lövhələrlə təchiz edilib, yeni kompüterlər alınıb, istilik sistemi tamamilə dəyişilib, yeni avadanlıqlarla təmin edilib. Məktəb ixtisaslı müəllimlərlə tam təmin olunub.

Hikmət Həsənov

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin