Binəqədidə bu ərazilərdə qaz kəsiləcək

0
qaz-kesilecek-xeberdarliq-mavi-yanacaq

Binəqədi rayonunda bu ərazilərdə qaz kəsiləcək. Bineqedi.info saytına Binəqədi Qaz İstismar Sahəsindən verilən məlumata əsasən, Binəqədi qəsəbəsi, Binəqədi kəndinin Gil yaşayış massivində Dş-108 mm-lik yeni çəkilən qaz xəttinin və Azadlıq prospekti 187 ünvanında yerləşən “İnam İnşaat” MTK binasının yeni çəkilmiş qaz xəttinin mənbəyə qoşulması ilə əlaqədar olaraq, 27 noyabr 2019-cu il tarixində saat 11:00-dan 13:00-dək Binəqədi qəsəbəsi, Ələkbərov küçəsi, C.Cabbarlı küçəsi, Axundov küçəsi, Gülüstan küçəsi və Azadlıq prospekti 187 və 189 saylı binalarda təbii qazın verilməsində məhdudiyyətlər yaranacaqdır.