Binəqədi sakinlərindən Prezidentə məktub – 150 nəfər sakinin adından

0

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.

Bineqedi.info saytı paytaxtın Binəqədi rayon sakinlərinin Prezindentə ünvanladığı məktubları təqdim edir:

“Möhtərəm cənab Prezident.

Danılmaz həqiqətdir ki, Sizin göstərişləriniz və rəhbərliyinizlə ölkəmizdə genişmiqyaslı quruculuq, abadlıq işləri gedir.

Bizim yaşadığımız ərazi pis vəziyyətə düşmüşdü. Yollardan istifadə etmək bizim üçün çox çətin və əlverişsiz idi. Sizə güvənərək yolumuzun bərpası ilə bağlı müraciət etmişdik. Müraciətimiz nəzərə alındı. Yaşadığımız ərazidə yüksək səviyyədə quruculuq və abadlıq işləri aparılıb, yol yenidən qurulub və asfalt örtüyü salınıb.

Möhtərəm cənab Prezident, buna görə 150 nəfər sakinin adından Sizə minnətdarlığımızı və dərin təşəkkürümüzü bildiririk. Siz həmişə xalqımıza dayaqsınız.

Hörmətlə,

Əlili Murad Həsənağa oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

***

Möhtərəm cənab Prezident.

Müasir dövlətimizin qurulmasında, ölkəmizin bugünkü inkişaf səviyyəsinə çatmasında böyük rol oynayan Yeni Azərbaycan Partiyasının yaranmasından 27 il ötür. Bu illər ərzində Azərbaycan çox dəyişmişdir.

Mən 11-ci sinif şagirdiyəm. Ötən əsrin sonlarında baş verən hadisələrin canlı şahidi olmasam da, bu barədə oxumuşam və atamdan çox eşitmişəm. Atam həmişə deyir ki, əvvəllər Azərbaycan çox pis vəziyyətdə idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra ölkəmiz çox dəyişdi, tərəqqi etdi.

Biz şagirdlər bu gün hər bir şəraiti olan məktəblərdə oxuyuruqsa, heç bir problemi düşünmədən dərslərimizlə məşğul oluruqsa, bunu Ulu Öndərimizə və Sizə borcluyuq, Cənab Prezident. Siz Azərbaycanı çox gözəlləşdirmisiniz və bundan da yaxşı olacağına inanırıq. Sizə işinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Quliyev İlkin Maarif oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin