Binəqədidə “Açıq qapı” formatında səyyar qəbul keçirilib – Fotolar

0
elxan-allahverdiyev-bineqedi.

8-ci mikrorayon ərazisində yerləşən 135 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə “Açıq qapı” formatında səyyar qəbulu keçirilib.                                                                              Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Sakinlər daha çox onları narahat edən məsələlərlə bağlı müraciət edərək, yaşadıqları ərazidə kanalizasiya xəttində, istilik təchizatında mövcud problemlərin aradan qaldırılmasını, hündürmərtəbəli binaların liftlərinin yenilənməsi xahiş ediblər.

RİH başçısı bildirib ki, rayonun digər ərazilərində olduğu kimi, mikrorayonlarda da mövcud qlobal problemlərin mərhələli şəkildə həlli istiqamətində zəruru tədbirlər həyata keçirilir. Eyni zamanda, hündürmərtəbəli binaların liftlərində mövcud problemlərin aradan qaldırılması istiqamətində də müəyyən işlər görülür. Binəqədi rayonu üçün cari ildə 91 sayda lift ayrılıb ki, onların da dəyişdirilməsi ilin sonunadək həllini tapacaq. Növbəti illərdə digər binaların lift sistemlərinin yenilənməsi məsələsinə baxılacaq.

Daha sonra RİH başçısı sakinlər tərəfindən qaldırılan digər məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.

elxan-allahverdiyev-bineqedi.

elxan-allahverdiyev-bineqedi.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin