Binəqədidə qida təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib

0
bineqedi aqta

Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə Regional Bölməsi ilə birlikdə qida sahəsində istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində Binəqədi Rayon İcra Hakimiyyətində görüş keçirilib.                                                  Bineqedi.info-ya verilən məlumata görə, görüşdə Binəqədi sakinləri də iştirak ediblər.

Binəqədi RİH başısının müavini Vüsar İsmayılov giriş nitqində qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində Binəqədi rayonu ərazisində görülmüş işlər və bundan sonrakı birgə fəaliyyətin istiqamətləri barədə çıxış edib.

Daha sonra Azərbaycan Respublikasının Qida Təhllükəsizliyi Agentliyinin Bakı şəhəri üzrə Regional Bölməsinin rəisi Zaur Kərimov qanunsuz heyvan kəsiminin fəsadları, qida təhlükəsizliyi istiqamətində görülən işlər, qanunsuzluq hallarının qarşısının alınması işində ictimai nəzarətin rolu barədə çıxış edib.

Sonda rayon sakinləri ilə birlikdə qida sahəsində istehlakçıların hüquqlarının müdafiəsi və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində müzakirə aparılıb.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin