Bir qrup müəllimə YAP Binəqədi rayon təşkilatının fəxri fərmanı verilib

0
yap bineqedi teshkilat

14.11.2019 -cu il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayonu S.S.Axundov 31/23 ünvanlı ərazi ilk partiya təşkilatında görüş keçirilib. Tədbiri giriş sözü ilə açan 83 saylı məktəbin direktoru Tünzalə Zeynalova tədbir iştirakçıları və qonaqları salamlayıb və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşova tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirib. Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci il dönümü ərəfəsində belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb və çıxış üçün sözü məktəbin tarix müəllimi Rəhilə Heydərliyə verib.

Rəhilə Heydərli Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən 1992-ci il noyabrın 21-də ölkəmizin ağır sınaqlara məruz qaldığı dövrdə yaradıldığını qeyd edib və keçdiyi keçməkeşli tarixdən danışıb. Natiq partiyanın dövlətin və cəmiyyətin davamlı inkişafına daim xidmət etdiyini, müəllimlərin cəmiyyətin siyasi həyatında mühüm rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov YAP-ın tarixi zərurətdən yaranan siyasi bir partiya olduğunu bildirib. Partiyanın ümummilli lider Heydər Əliyevə xalqın böyük inam və etimadının nəticəsi olaraq yaradıldığını söyləyib. YAP-ın strukturu, fəaliyyəti və yaradıldığı vaxtdan ötən müddət ərzində qazandığı uğurlardan bəhs edib. Ramiz Göyüşov qeyd edib ki, bu gün müəllimlər YAP-ın üzvü olmaqla bütünlükdə Azərbaycan cəmiyyətinin inkişafı prosesində iştirak edərək əhəmiyyətli bir təminat əldə etmiş olur, ölkəmizdə həyata keçirilən təhsil siyasətinə yaxından öz töhfələrini vermək imkanı qazanırlar. Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə təhsilə göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Müəllimə ən yüksək adın ümummilli lider Heydər Əliyev tərəfindən “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” deyərək qiymət verdiyini bildirib. Daha sonra Ramiz Göyüşov bildirib ki, təhsilə göstərilən qayğının nəticəsi olaraq son illər Bakıda və regionlarda 100-dən artıq məktəb tamamilə yenidən qurulmuş, müəllim və şagirdlərin ixtiyarına verilib.
Sonda bir qurup müəllimə fəxri fərman və gül çələngləri verilib.

yap bineqedi teshkilati

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin