Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib – Fotolar

0
bineqedi vetendas qebulu

13 noyabr 2019-cu il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.

Bineqedi.info-ya verilən məlumata görə, qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər.

Qəbulda müraciət edən 10 nəfər sakin tərəfindən tikinti aparılmasına icazə verilməsi, maddi yardım göstərilməsi, mənzillə təmin olunma, evin təmirinə köməklik göstərilməsi və s. problemlərə dair qaldırılan məsələlər dinlənildikdən sonra, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə konkret tapşırıqlar verib. Eyni zamanda, RİH başçısı digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verib.

bineqedi vetendas qebulu.1

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin