“Binəqədidə 1986-cı ildə tikilən binaya hələ də qaz verilmir”

0
bineqedi-suleyman-sani-axundov

Binəqədi rayon Süleyman Sani Axundov küçəsində yerləşən 12 mərtəbəli 3 bina istifadəyə verildiyi 1986-cı ildən etibarən bəri mavi yanacaq verilməyib.
Məsələ ilə bağlı ARB telekanalı geniş araşdırma apararaq sakinlərin probelmini işıqlandırıb.
Sakinlər deyir ki, bu tikililər 1986-ci ildə inşa edilib və o vaxtkı qaydalara əsasən binalara qaz xətləri çəkilməyib.
Sakin: “Burda o, vaxtı qərar var idi ki, 10 mərtəbədən yuxarı qaz olmasın sonrada icazə vermədilər bu binalara qaz çəkməyə”.
Sakin: “İşıqla işləməlidir bu binalar, yəni bütün sistemlər işıqla nəzərdə tutulub. Bu binaların layihəsi budur”.
Sakin: “Qazsız ev heç cürə sərf eləmir, evimiz isti olmur”.
Mənzillərdə mavi yanacaq olmadığından sakinlər məcburi şəkildə qaz balonlarından istifadə etməli olur.

Tikildiyi vaxtdan bu yana qazsızlıqdan əziyyət çəkən sakinlər üçün təbii ki, elektrik enerjisi mavi yanacağın yerini vermir.

Sakinlər deyir ki, binada qaz olmadığı üçün əvvəllər işıq pulu da güzəştlə hesablanırdı. İstifadə edilən elektrik enerjisinin dəyəri yarıbayarı ödənilirdi. Lakin müəyyən müddət sonra həmin güzəşt də aradan qaldırılıb.

Məsələ ilə bağlı Azəriqaz İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov açıqlamasında bildirib ki, paytaxtda bu tipli binaların sayı çoxdur. Onların qazlaşdırılması isə “Azəriqaz”ın səlahiyətində deyil: “Əgər hər hansı təşkilatın balansındadırsa, o təşkilata deyə bilərlər. Təşkilat özü müraciət edə bilər “Asan Kommunal” mərkəzinə, ola bilsin hər hansı təşkilatın balansında deyil, çoxdan tikilən binalardır. O halda ailələr özləri fərdi şəkildə “ASAN Kommunal” a müraciət edə bilər. Bundan sonra podratçı şirkət ayrılacaq, hesablama aparacaq, qaz çəkilişi üçün avadanlıqlar ayrılacaq və nələr lazımdırsa, onun smetası hazırlanacaq, təqdim ediləcək onlara. Onlar da öz vəsaitləri hesabına binanın qazlaşdırılmasını həyata keçirə biləcək”.

Ceyhun Səfərov onu da əlavə edib ki, əgər sakinlər öz vəsaitləri hesabına belə olsa qaz çəkdirmək qərarına gəlsələr bunun üçün ilk olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidir. Çünki bu cür binaların əksəriyyətində tikinti vaxtı təhlükəsizlik məsələləri nəzərə alınmayıb. Bu isə o deməkdir ki, 120 ailənin 33 illik həsrətinə yalnız Fövqəladə Hallar Nazirliyinin rəsmi icazəsi əsasında son qoyula bilər.milli.az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin