Binəqədi polisi itkin düşmüş kişini tapıb – Rəsmi

0
salman-nesibov-bineqedi-itkin

Bakıda itkin düşmüş kişi tapılıb.

İtkin düşmə hadisəsi oktyabrın 31-də paytaxtın Binəqədi rayon ərazisində baş verib.

Belə ki, Salman Nəsibov yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində noyabrın 6-da S.Nəsibov tapılaraq ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.report

***

07.11.2019.

Bakıda 56 yaşlı kişi itkin düşüb.

Paytaxt sakini, 1963-cü il təvəllüdlü Salman Hacı oğlu Nəsibov yaşadıqları Binəqədi rayonu, “Baksol” adlanan ərazidən çıxıb və bir daha geri qayıtmayıb.

Salman Nəsibovun oğlu Ramil Nəsibov bildirib ki, atasının itkin düşməsilə bağlı Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsinə məlumat verib.

“Atam evdən çıxıb və geri qayıtmayıb. O, yol tanımır və yaddaşsızlıqdan əziyyət çəkir. Evdən çıxarkən əynində cins şalvar, qara ayaqqabı və başında papaq olub.

Onu görənlərdən 070 276 37 36 nömrəsinə və 6-cı polis bölməsinə məlumat vermələri xahiş olunur”, – deyə Ramil Nəsibov bildirib.baku.ws

salman-nesibov-bineqedi-itkin1.jpg

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin