BİNƏQƏDİ RAYONU : 143 nömrəli tam orta məktəb barədə məlumatlar

0
bineqedi-mekteb-tehsil-binagadi

Bakı şəhəri, Binəqədi rayonu 143 nömrəli tam orta məktəb 1937-ci ildə inşa edilib və həmin ildən də fəaliyyət göstərir.

Bineqedi.info saytı xəbər verir ki, 2014-cü ildə əlavə olaraq 2-ci korpus istifadəyə verilib. Məktəb 2 korpusdan, 3 mərtəbədən ibarət və 820 yerlik şagird üçün nəzərdə tutulub.

Məktəb ikinövbəli və 5 günlük iş rejimində fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Məktəbin pedaqoji kollektivi 76 nəfərdən ibarətdir. Onlardan 70 nəfəri ali təhsili, 6 nəfəri orta ixtisas təhsilli müəllimlərdir. 2018 2019-cu tədris ilində məktəbdə 1143 şagird 44 sinifdə komplektləşdirilib. Məktəbdə 3 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

bineqedi-mekteb-tehsil-binagadi1.jpg
2010-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinə qatılıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2010-cu ildə “Ən yaxşı ümumtəhsil məktəbi” adını qazanıb.

Məktəbin direktoru Elmar Həşimovdur.

elmar-hesimov-hesim-direktor

Elmar Həşimov 1992-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika əlavə riyaziyyat ixtisası üzrə bitirib. 1996-cı ildə Azərbaycan Politexnik İnstitutunun avtonəqliyyatda daşınmaların təşkili və idarə edilməsi mühəndisi ixtisası üzrə bitirib. 1996-2004-cü illərdə Bakı şəhəri 205 nömrəli tam orta məktəbdə müəllim, 2004-2005-ci illərdə Bakı şəhəri 83 nömrəli məktəb-liseydə tərbiyə işləri üzrə direktor müavini, 2005-2007-ci illərdə Bakı şəhəri 135 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 2007-ci ildən etibarən Bakı şəhəri 143 nömrəli tam orta məktəbin direktor vəzifəsinə təyin edilib.

Məktəbin əlaqə telefonu: 012 412-08-23

Email:143mekteb@bakuedu.gov.az

Ünvan: M. Ə. Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti 3a

Hikmət Həsənov

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin