Binəqədidə “Mənim bayrağım” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib

0
bineqedi-gencler-idman-musabiqe-resm-insa

Binəqədi Rayon İcra Hakimiyyəti (BRİH), Binəqədi rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Bakı Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Binəqədi Gənclər Evində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə “Mənim bayrağım” mövzusunda inşa yazı və rəsm müsabiqələri keçirilib.


Bineqedi.info saytı xəbər verir ki, tədbirin rəsmi hissəsində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, BRİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev çıxış edərək məktəbliləri salamlayıblar, onları Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə təbrik edərək dərslərində müvəffəqiyyətlər arzulayıblar.
Qeyd edək ki, rayon Gənclər və İdman İdarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılmış inşa yazıları Bakı Humanitar Kollecinin müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən yoxlanılıb. Rəsm işləri isə Bakı Humanitar Kollecinin müəllimi Aynur Osmanova və Füzuli şəhər 2 nömrəli Uşaq İncəsənət Məktəbinin müəllimi Elvin Şirinov tərəfindən qiymətləndirilib.
İnşa yazı müsabiqənin nəticəsi aşağıdakı kimidir:

7-10 yaş qrupu üzrə:
I yer – Hüseynli Gülgəz Əli qızı, 298 №-li tam orta məktəb IV sinif
II yer – Yaqublu Nərgiz Vüqar qızı, 284 №-li tam orta məktəb V sinif
III yer – Həsənzadə Ağasif Arif oğlu, 276 №-li tam orta məktəb V sinif

11-14 yaş qrupu üzrə:
I yer – Səmədova Nərmin Elşən qızı, 298 №-li tam orta məktəb VII sinif
II yer – Abbasova Zəhra Vahid qızı, 306 №-li tam orta məktəb VIII sinif
III yer – Mahmudova Sürəyya Aydın qızı, 299 №-li məktəb-lisey VIII sinif

15-17 yaş qrupu üzrə:
I yer – Mollayeva Lalə Münasib qızı, 115 №-li tam orta məktəb X sinif
II yer – Məhərrəmova Aidə Arif qızı, 306 №-li tam orta məktəb X sinif
III yer – Bağırova Gülnaz Zaur qızı, 182 №-li tam orta məktəb X sinif

Rəsm müsabiqənin nəticəsi aşağıdakı kimidir:
7-10 yaş qrupu üzrə:
I yer – Abdullayeva Zərifə, 244 №-li tam orta məktəb II sinif
II yer – Səfərli Lalə, 3 №-li tam orta məktəb IV sinif
III yer – Babazadə Fatimə, 244 №-li tam orta məktəb I sinif

11-14 yaş qrupu üzrə:
I yer – Qəribova Səidə Etibar qızı, 313 №-li tam orta məktəb VI sinif
II yer – Səfərli Fidan, 244 №-li tam orta məktəb VIII sinif
III yer – Rəsulova Samirə, 283 №-li tam orta məktəb VII sinif

15-17 yaş qrupu üzrə:
I yer – Əlibabayeva Sahibə Kamran qızı, 299 №-li məktəb-lisey IX sinif
II yer – Şaqiyeva Yasmin Rafael qızı, 100 №-li tam orta məktəb IX sinif
III yer – Məmmədova Fidan Qabil qızı, 306 №-li tam orta məktəb IX sinif.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin