Binəqədidə “Azad Vətən, azad ruh” adlı tədbir keçirilib

0
bineqedi-mekteb-nesimi-ili-tehsil

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində 182 nömrəli tam orta məktəbdə növbəti təqdimat baş tutub, geniş bədii hissə təqdim edilib.

Bədii hissədə 179, 182 və 205 nömrəli tam orta məktəblərin birgə təşkilatçılığı ilə şagirdlərinin ifasında Fikrət Əmirovun “Nəsimi” dastanı (Nəsiminin üsyanı), Teymurləng və Nəsiminin dialoqu, Şirvanşah və Nəsiminin qarşılaşması, Nəsimi və dərvişlər filmindən kompozisiya şəklində, “Sığmazam” qəzəli musiqi fonunda təqdim edilib.

Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, İmadəddin Nəsimi Azərbaycan yazılı ədəbi dilinin ilk və ən gözəl nümunələrini yaradan, öz mütərəqqi fikirləri ilə bütün Yaxın Şərqdə şöhrət qazanan, mərdlik, fədakarlıq və iradə rəmzi kimi adı dillər dolaşan böyük Azərbaycan şairi və mütəfəkkiridir. Onun yüksək poetik sənətkarlığı, dilinin şirinliyi, heyrətamiz poetik ritmikası bu gün də öz xalqına xidmət edir. Dövləti və xalqı onu daim xatırlayır və əziz xatirəsini ehtiramla yad edir. Bu ehtiramın ən bariz təzahürü dövlət başçısı tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə bağlı imzalanan sərəncam və keçirilən silsilə uğurlu layihələrdir. Ramiz Göyüşov həmçinin YAP Binəqədi rayon təşkilatı tərəfindən “Nəsimi İli” çərçivəsindöə keçirilən tədbirlərdən danışıb.

Nəsimişünas Esmira Şıxıyeva çıxış edərək 30 ilə yaxındır ki, Nəsiminin yaradıcılığını araşdırdığını bildirib.

bineqedi-mekteb-nesimi-ili-tehsil1Qeyd edib ki, Nəsimi dünya ədəbiyyatına nadir incilər bəxş etmiş ümumbəşəri şairdir. O, təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün sərvətdir. Təbii ki, xalqımız da dünyaya Nəsimi kimi dühalar bəxş etdiyi üçün qürur duymalıdır.

Tədbirdə daha sonra çıxış edən natiqlər Nəsimi sənətinin yaşadığını, humanist ideyalarının təntənəsi uğrunda mübarizədə tərəqqipərvər bəşəriyyətin silahdaşı olduğunu vurğulayıblar.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib. Qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Nəsimi dühası-650 il” adlı layihədə Binəqədi rayonunun bütün tam orta məktəblərində İmadəddin Nəsiminin şəxsiyyətinə, yaradıcılığına və fəlsəfəsinə həsr olunmuş bir neçə nominasiya üzrə – musiqi, bədii qiraət, rəsm nümunələrinin nümayiş etdirilməsi nəzərdə tutulub. Bütün tam orta məktəblər üzrə təqdimatlar nümayiş olunduqdan sonra final tədbirinin və öncədən təsdiq edilmiş münsiflər heyətinin qərarına əsasən mükafatlandırılma mərasiminin keçirilməsi planlaşdırılır.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin