7-ci mikrorayonda yeniyetməni avtomobil vurub

0
bineqedi-yol-polisi-qeza

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Yol qəzası 7-ci mikrorayon ərazisində baş verib.

2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən zaman onu minik avtomobili vurub. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.apa

 

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin