Binəqədidə “Nəsimi dühası-650 il” adlı layihə çərçivəsində esse müsabiqəsi keçirilib

0
bineqedi-yap-ramiz-goyusov-esse

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin “Nəsimi İli” elan olunması və dahi Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi ilə əlaqədar keçirilən “Nəsimi dühası-650 il” adlı layihə davam edir.

Bineqedi.info xəbər verir ki, YAP Binəqədi rayon təşkilatının inzibati binasında layihə çərçivəsində Binəqədi məktəbliləri arasında esse müsabiqəsi keçirilib.

bineqedi-yap-ramiz-goyusov-esse1

Müsabiqəyə başlamazdan əvvəl YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək bütün məktəbliləri salamlayıb. Azərbaycanın görkəmli şəxsiyyətlərinə, mütəfəkkir alimlərinə, şair və yazıçılarına həsr olunmuş bu cür layihələrin yüksək əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, dahi şəxslərimiz hər zaman hörmətlə yad edilməli, onlar dünyaya tanıdılmalı, Azərbaycanımızın zəngin tarixi, ədəbiyyatı, mədəniyyəti yaşadılmaldır. Eyni zamanda istedadlı gənclərin üzə çıxarılması, onların cəmiyyətdə layiqli yer tutması üçün səylə çalışmalıyıq. Bu baxımdan bu günkü esse müsabiqəsi istər Nəsimi yaradıcılığının araşdırılması, öyrənilməsi, təbliğ edilməsi, gənclərə çatdırılması, istərsə də istedadlı şagirdlərimizin üzə çıxarılması baxımından olduqca vacibdir. Ramiz Göyüşov şagirdlərə uğurlar arzulayıb.

Daha sonra şagirdlər esse müsabiqəsinə qoşularaq Nəsiminin həyatı, yaradıcılığı, fəlsəfi düşüncələrinə həsr olunmuş esselərini təqdim ediblər.

Qeyd edək ki, esse müsbaiqəsində Binqəədi rayonunda fəaliyyət göstərən tam orta məktəblərin və İdrak liseyinin 9-10-cu sinif şagirdləri iştirak ediblər. Müsabiqənin qalibləri “Nəsimi dühası-650 il” adlı layihənin yekun tədbirində təltif ediləcəklər.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin