Binəqədidə Nəsiminin yubileyinə həsr edilmiş şeir müsabiqəsinin ikinci turu keçirilib

0
bineqedi-seir-musabiqesi-nesimi-yubiley

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi, şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsinin ikinci turu keçirilib.

Bineqedi.info xəbər verir ki, müsabiqədə Binəqədi rayon MKS-nin strukturuna daxil olan bütün kitabxanalardan seçilmiş I turun qalib oxucuları iştirak ediblər. Mədəniyyət və təhsil müəssisələrindən seçilmiş münsiflər heyətinin ümumi rəyi illə yekun turda iştirak etmək üçün 2 nəfər – Rəvan Əsədov və Hökümə Sultanova qalib seçilib.

bineqedi-seir-musabiqesi-nesimi-yubiley

Şeir müsabiqəsinin keçirilməsində əsas məqsəd Azərbaycan klassik ədəbiyyatının təbliği, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqların aşkarlanması və mütaliə vərdişlərinin inkişaf etdirilməsidir.

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin