Könüllülər üçün Binəqədi tur təşkil edilib – Fotolar

0
bineqedi-heyder-mescidi-tur

“Sən də Könül Ver” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən Könüllülər üçün Binəqədi tur təşkil edilib.

Bineqedi.info xəbər verir ki, təşkil edilmiş tur çərçivəsində könüllü gənclər ilk olaraq “Heydər” məscidini ziyarət ediblər. Qafqazın ən böyük məscid kompleksi haqqında gənclərə geniş məlumat verilib və məscid ilə yaxından tanışlıq olunub.

bineqedi-heyder-mescidi-tur1

Ziyarətdən sonra könüllülərə Xocəsən qəsəbəsi Hökməli yolunun üstündə yerləşən Hökməli ovdanı haqqında məlumat verilib, daha sonra gənclər Xocəsən bələdiyyəsinin qonağı olub və bələdiyyənin fəaliyyəti ilə tanış olublar. Görüş zamanı bələdiyyə sədri Məhərrəm Əsgərov gənclərə bələdiyyənin fəaliyyəti, iş mexanizmi haqqında geniş məlumat verib.

bineqedi-heyder-mescidi-tur2

Sonra gənclərin bələdiyyə ilə bağlı təəssüratları dinlənilərək sualları cavablandırılıb. Təqdimatdan sonra görüş çay süfrəsi arxasında davam edib. 

bineqedi-heyder-mescidi-tur3

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin