Binəqədi rayonu 3 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib

0
bineqedi-rayonu-binagadi-mekteb

Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Bakı şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Bakı şəhəri 3 nömrəli tam orta məktəbdə “Vəhdət qanımızdadır” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov, Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev, “İrfan” dinin icmasının üzvü Samir Əliyev, məktəbin müəllim və şagird heyəti iştirak ediblər.

Bineqedi.info saytı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev qonaqları salamlayıb, və tədbirin mövzusu barədə iştirakçılara məlumat verib. Daha sonra çıxışında qeyd edib ki, din insanların yaşam tərzi, mənəvi seçimi kimi dövlətin himayəsinə alınırsa, inanclı, dindar vətəndaşların da dövlətin qanunlarına, digər dinlərə hörmət qoyması və tolerantlıq amilinin hər yerdə qabardılması cəmiyyətin sabitliyini təmin edir.

Tariximizin dərinliklərindən süzülüb gələn vəhdət anlayışı insanlarımızın həyat tərzidir.
Daha sonra çıxış edən DQİDK Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Amal Məlikov Azərbaycan qanunvericiliyində dini dözümlülüyü, vicdan azadlığını, dövlət-din münasibətlərini özündə əks etdirən müddəalar barədə danışaraq bildirib ki, bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də vətəndaşlara tolerant mühit yaradılıb. Bildirib ki, dünyada dinlər və məzhəblərarası münaqişələrin baş verdiyi dönəmdə Azərbaycan özünün tolerantlıq ənənələrini və multikulturalizm modelini dünyaya nümunə kimi təqdim edir.
Daha sonra çıxış edən Binəqədi RİH yanında İctimai Şuranın sədri Aslan Mehdiyev və “İrfan” dini icmasının üzvü Samir Əliyev Azərbaycan xalqının əsrlərlə qoruyub yaşatdığı zəngin milli-mənəvi dəyərlərin İslam dəyərləri ilə vəhdət təşkil etdiyini vurğulamaqla yanaşı, gənclərin İslam dininin tövsiyələrindən istifadə edərək milli-mənəvi dəyərlərimizə hər zaman sahib çıxmalı olduğunu bildiriblər.
Tədbirdə “Vəhdət qanımızdadır” sənədli filmi nümayiş etdirilib.

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin