Binəqədidə iməclik – təmizlik aksiyasına sakinlər də qoşulub – Fotolar

0

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla Bakı şəhərində parkların və xiyabanların əsaslı şəkildə yenidən qurulması və yeni parkların salınması, sakinlərin və şəhərimizə gələn qonaqların rahatlığı üçün istirahət guşələrinin yaradılması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində Bakı şəhərinin Binəqədi rayonunda da mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir, irimiqyaslı infrastruktur layihələri icra olunur, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılır, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm işlər görülür.

Paytaxtımızda yeni-yeni parkların və yaşıllıq zolaqlarının salınması, əhaliyə xidmət göstərən müasir iaşə obyektləri Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən əhəmiyyətli tədbirlərin davamlılığından xəbər verir.

Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi istiqamətində həyata keçirilən bütün bu tədbirlərlə yanaşı, hər birimiz bir fərd olaraq paytaxtımızın təmizliyi naminə əlimizdən gələni əsirgəməməli, iməciliklərdə fəal iştirak etməliyik.

Bineqedi.info xəbər verir ki, Bakının Binəqədi rayonunda ənənvi olaraq müxtəlif ərazilərdə təmizlik və abadlıq aksiyaları, iməcliklər keçirilir.

Növbəti belə iməcliklərdən biri Binəqədi rayonu, 7-ci mikrorayon Abay Kunanbayev küçəsi, 16 saylı binanın arxasındakı parkda təşkil olundu.

Ətraf binaların sakinlərinin və 80 saylı Mənzil İstismar Sahəsinin işçilərinin iştirak etdiyi iməclikdə parkda təmizlik işləri aparıldı, ərazi alaq otlarından təmizləndi, ağaclara qulluq göstərildi.

Sakinlərin ürəyincə olan bu iməcliklərin digər ərazilərdə də mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Bineqedi.info saytı iməclikdən fotoları təqdim edir.

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq.jpeg

bineqedi-imecilik-binagadi-abadliq3.jpeg

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq3.jpeg

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq8.jpeg

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq12.jpeg

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq13.jpeg

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq14.jpeg

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq15.jpeg

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq16.jpeg

bineqedi-imecilik-binagadi-abadliq-quruculuq11.jpeg

Bineqedi.info

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin